İspaniyanın “Real” basketbol klubu 2025/26 mövsümünü titul qazanmadan başa vurduqdan sonra rəhbərlik komandanın gələcəyi ilə bağlı qərarlarını yenidən dəyərləndirir.

Madrid təmsilçisi yola saldığmız mövsümdə Avroliqa finalına yüksəlsə də, baş mükafata sahib çıxa bilməyib. Mövsümün sonuna yaxın klub rəhbərliyi baş məşqçi Serjio Skariolo ilə əməkdaşlığı davam etdirməyə meylli idi. Lakin hazırda vəziyyət əvvəlki qədər aydın görünmür. Halbuki mütəxəssisin klubla üçillik müqaviləsi var.

Məlumata görə, rəhbərlik yekun qərar verməzdən əvvəl fasilə götürərək başa çatan mövsümün nəticələrini ətraflı təhlil etmək niyyətindədir. Klubun strategiyasında heyətlə bağlı dəyişikliklərin də gözlənildiyi bildirilir. İdman direktoru Serxio Rodrigez əvvəlcə heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırmasa da, indi “Real”ın transfer bazarında fəallıq göstərmək istədiyi vurğulanır.

Madrid klubu ilk növbədə əsas yükü daşıyan argentinalı oyun qurucu Fakundo Kampatsonun yükünü azaltmaq üçün yeni pleymeyker transfer etməyi nəzərdən keçirir. Bundan əlavə, komanda kritik anlarda oyunu öz üzərinə götürə biləcək yüksək səviyyəli məhsuldar oyunçu da heyətinə qatmaq istəyir.

Shares: