Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən “Həvəskar və veteran Liqası”nın 5-ci – yubiley turnirinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmalarda “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edən “Xəzər-Şüa” komandası baş mükafata layiq görülüb.
“Zəfər” komandası isə “Aquasport” üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.
Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar.






