İspaniya millisinin müdafiəçisi Mark Kukurelya dünya çempionu olacağı təqdirdə milli komandanın məşqçisi Luis de la Fuentenin sifət şəklinin döyməsini etdirəcəyinə söz verib.
“Əgər Dünya Çempionatını qazansaq, Luis de la Fuentenin üzünün döyməsini etdirəcəyəm. Düşünürəm ki, onun şəklini əzələmə vurduracağam”, – deyə COPE-yə müsahibədə müdafiəçi bildirib.
2025/26 mövsümündə 27 yaşlı müdafiəçi “Çelsi”də 50 matçda bir qol vurub və dörd məhsuldar ötürmə edib. Kukurelya İspaniya millisində 24 oyun keçirib və bir qol vurub.
Meksika, ABŞ və Kanadada keçiriləcək turnirin qrup mərhələsində İspaniya Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.






