ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə keçiriləcək UFC turniri ilə bağlı gözləntilərini bölüşüb.
“Dünyada bir milyarddan çox insan ABŞ-nin yaranmasının 250 illik yubileyi münasibətilə arxa planda Ağ Evin göründüyü tədbirini izləyəcək. Dünyanın ən güclü idmançıları oktaqonda qüvvələrini sınayacaq.
Prezident Kennedi bir insanı Aya yerləşdirəcəyimizi və onu yerə qaytaracağımızı elan edəndə, heç kim bunun mümkün olduğunu düşünmürdü, amma biz bunu etdik. Biz heç kimin cəsarət etmədiyi şeyi etmək arzusu üzərində qurulmuş bir xalqıq. Müəyyən mənada bu şirkətin (UFC) məqsədi budur”, – deyə Rubio əlavə edib.
UFC iyunun 15-də Ağ Evin cənub tərəfindəki çəmənlikdə turnir keçirəcək.






