ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün mundialda növbəti oyunlar keçiriləcək.
Yaxın saatlarda beşqat dünya çempionu Braziliya Mərakeş yığmasını sınağa çəkəcək. Qrupun digər oyununda Haiti Şotlandiya ilə üz-üzə gələcək.
Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi oyunlardan biri Türkiyə və Avstraliya yığmaları arasında baş tutacaq.
Almaniya millisi mundialdakı ilk oyununda Kurasao ilə, Niderland isə Yaponiya ilə qarşılaşacaq.
DÇ-2026
C qrupu
02:00. Braziliya – Mərakeş
05:00. Haiti – Şotlandiya
D qrupu
08:00. Avstraliya – Türkiyə
E qrupu
21:00. Almaniya – Kurasao
F qrupu
00:00. Niderland – Yaponiya






