MBA-nın yaydığı rəsmi məlumata görə, final seriyasında “Nyu-York Niks” ilə “San Antonio Spörs” arasında keçirilən 4-cü qarşılaşması sosial mediada liqa tarixində ən çox izlənilən oyun olub. Bu görüşün baxış sayı 3 milyardı keçib.

Seriya ümumilikdə bütün sosial media platformalarında 8 milyard baxış sayına çatıb. Bu, MBA Final tarixində ən yüksək rəqəmdir. Əvvəlki rekord 2025-ci ildə baş vermişdi. Həmin mövsüm 6,2 milyard baxış sayı olmuşdu.

MBA ilə əlaqəli mövzular ardıcıl olaraq 8 saat X sosial media platformasında bir nömrəli qlobal trendə çevrilib.

4-cü oyunun icmalı “NBA YouTube” kanalında tarixdə ən çox izlənilən video olub.

Shares: