“Mançester Yunayted”in müdafiəçisi Rio Ferdinand böyük ehtimalla mövsümün sonunda komandanı tərk edəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
35 yaşlı stopperin müqavilə müddəti 2014-cü ilin yayında başa çatacaq. Klub rəhbərliyi hələ də ona yeni sözləşmə təklif etməyib. Baş məşqçi Devid Moyes Ferdinandın yerində onsuz da çox vaxt Kris Smallinq, Conni Evans və ya Fil Consu oynadır. Cari mövsüm Rio cəmi 7 oyunda meydana çıxıb.





