“Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Futbolinfo.az xəbər verir ki, Bakı klubunun mümkün rəqibləri yeddiyə düşüb.
Bunlar İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın “KuPS”, Cəbəllütariqin “Linkoln”, Latviyanın “Riqa”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larne” və Uelsin TNS klublarıdır.
Xatırladaq ki, 1-ci təsnifat mərhələsinin püşkü bu gün atılacaq. Bu mərhələnin oyunları isə iyulun 7-8-i və 14-15-də keçiriləcək.






