“Zirə” klubu futbolçusu Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “qartallar” məlumat yayıb.
29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü 2020-ci ildən “Zirə”də çıxış edir. Q.Alıyev komandanın kapitanıdır.






