Markus Reşford “Mançester Yunayted”ə qayıdıb. İngiltərəli hücumçunun gələcək taleyi naməlum olduğundan, o, müqavilə ilə məxsus olduğu kluba dönməyə məcbur qalıb.
Futbolinfo.az xəbər verir ki, “Barselona” ilə icarə müqaviləsi başa çatan Markus İspaniya nəhəngində qalmaq istəyir. Amma katalonlar onu transfer edəcəyinə qərar verməyib. Bu səbəbdən o, gözləməyə məcburdur.
İyunun sonunadək “Barselona” qərarını verməlidir. Klublar arasında razılaşma olmasa, Reşford onunla marqanan “Aston Villa” və “Tottenhem”dən birinin təklifini dəyərləndirəcək.






