“Sevilya” yeni mövsüm üçün heyətini gücləndirməyə çalışır. İspaniya təmsilçisi bunun üçün növbəti transferi rellaşdırıb.

Futbolinfo.az xəbər verir ki, əndəlüslülər mərkəz müdafiəçisi Aruna Sanqante ilə müqavilə bağlayıb. Fransa “Havr”ından ayrılan 24 yaşlı oyunçu “Sevilya”ya azad agent kimi qoşulub.

Fransa klubunda yetişən seneqallı karyerasında ilk dəfə klub dəyişir. O, 2031-ci ilin yayınadək müqavilə bağlayıb.

Shares: