Bir neçə transferi bitirən və hazırkı oyunçularıyla yeni müqavilə bağlayan “Real” dayanmaq bilmir. Madridlilər uğursuz mövsümdən sonra heyəti daha da gücləndirmək niyyətindədir.
Futbolfo.az xəbər verir ki, yeni təyin olunan baş məşqçi Joze Mourinyo rəhbərlikdən daha 4 transfer tələb edir. Portuqaliyalı mütəxəssis mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi, sağ vinger və hücumçu mövqelərinə mütləq yeni futbolçular alınmasını istəyir.
Prezident Florentino Peres klub rəsmilərinə məşqçinin tələblərini yerinə yetirmək üçün təlimat verib. Hazırda qeyd edilən mövqelər üçün namizədlərə baxış keçirilir.






