“Qarabağ” növbəti transferini gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.
24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.
2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.
Lobato yay transfer pəncərəsində “Qarabağ”a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zəkəriyyə Savonun keçidi rəsmiləşmişdi.
Xatırladaq ki, “Qarabağ”ın Lobatonu heyətinə qatmağa hazırlaşdığını daha öncə xəbər vermişdik.






