“Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla yollar ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Mütəxəssislə növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb.
2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.






