“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Düşündüyümdən də səmərəli oyun alındı. Baxmayaraq ki, hazırlığa gec başlamışıq. Əslində isə planlaşdırdığımızdan gec başladıq, iyunun 25-də yığışmağı düşünürdük. Sonra müəyyən səbəblərə görə plan dəyişdi, amma bu oyuna qədər yenə də vaxtımız az idi. Buna baxmayaraq, futbolçularım yüksək peşəkarlıq göstərdi. Düşünürəm ki, iki 30, bir 45 dəqiqəlik hissədən ibarət səmərəli oyun alındı. Hər bir futbolçu istədiyimiz yükləməni aldı”.






