2026/27 mövsümünə hazırlıq çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” yoxlama oyunundan (4:3) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Bizim üçün çox faydalı hazırlıq oyunu alındı. Komandamın bu günə qədərki hazırlığından razı qaldım. Futbolçuların hamısı məsuliyyətlə çalışırdılar. Düzdür, bəzi oyunçuların bu yaxınlarda millidə çıxış etmələri, eyni zamanda zədə səbəbindən heyət tam deyildi. Yeni gələn futbolçular da cəmi 30 dəqiqə meydanda oldular. Birlikdə hələ çox məşq etməmişik. Hər biri barəsində xoş təəssüratlar oldu. Qarşıdakı müddətdə daha yaxşı hazırlıq keçəcəklərinə və komandaya fayda verəcəklərinə inanıram”.






