Futbol üzrə dünya çempionatında J qrupunda da 2-ci tura yekun vurulub. Əlcəzair ilk qələbəsni qazanaraq növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans qazanıb.

Debütant İordaniya ardıcıl ikinci oyunda qol vursa da, bundan artığını bacarmayıb. Afrikalılar məğlub duruma düşdüyü görüşdə geridönüş etməyi bacarıb – 2:1.

Matçda hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb. Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiqi 82-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, bu qrupun digər matçında Argentina Avstriyanı iki cavabsız qolla üstələyib.

236087 e979muopoj - Futbolinfo.az
Shares: