“Hər zaman oynadığım komandaya fayda verməyə çalışmışam. Özümdə hələ də güc hiss edirəm. Ona görə karyeramı davam etdirmək istəyirəm. Əgər bunu hiss etməsəydim, futboldan uzaqlaşardım”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında Ürfan Abbasov deyib.

33 yaşlı futbolçu “Araz-Naxçıvan”la yollarını ayırmasının səbəbindən danışıb:

“Bir müddətdir danışıq gedirdi, sadəcə yekun xəbəri gözləyirdim. Bu gün son dəfə danışdıq və ortaq məxrəcə gələ bilmədik. Maliyyə baxımından təklifi qəbul etmədim. “Araz-Naxçıvan”a uğurlar arzulayıram. İnşallah, yaxşı nəticələr əldə edərlər”.

Abbasov gələcək planları barədə isə bunları söyləyib:

“Hələ ki, gələcəyimlə bağlı heç bir qərar verməmişəm. Hazırda gözləmə mövqeyindəyəm. Xeyirli bir təklif olsa, dəyərləndirərəm. Oynayıb komandama xeyir verə biləcəyim kluba keçmək əsas prioritetimdir”.

GÜNAY SÜLEYMANOVA

Shares: