Bakıda keçirilən mətbuat konfransında Şara Bullet kimi tanınan rusiyalı UFC döyüşçüsü Şarabutdin Maqomedovun qızı atasından nə vaxt çempionluq kəmərini qazanacağını soruşub.

— Həmin o böyük, gözəl kəməri alacağın anı daha nə qədər gözləməliyik?

— Düşünürəm ki, çox yox. Tezliklə. Mən tam motivasiyalıyam. Şənbə günü keçiriləcək döyüş isə can atdığım və üzərində günlərlə çalışdığım zirvəyə gedən yolda daha bir addım olacaq.

Şara Bulletin növbəti döyüşü iyunun 27-də “UFC Baku” turnirində baş tutacaq. Rusiyalı döyüşçünün rəqibi braziliyalı Mişel Pereyra olacaq.

Shares: