Kabo Verde millisi dünya çempionatları tarixində rekorda imza atıb. Bu barədə ESPN məlumat verib.
DÇ-2026-da komanda üç xal toplayaraq qrupda ikinci yeri tutub və pley-off mərhələsinə yüksəlib. Onlar İspaniya (0:0), Uruqvay (2:2) və Səudiyyə Ərəbistanı (0:0) ilə heç-heçə oynamağı bacarıblar.
ESPN-in verdiyi xəbərə görə, Kabo Verde pley-off mərhələsinə vəsiqə qazanmağı bacaran ən az əhalisi olan ölkədir. Bu ada dövlətinin əhalisinin sayı təxminən 525 min nəfərdir.
Dünya çempionatlarının final mərhələsində indiyədək daha az əhaliyə malik yalnız iki ölkə iştirak edib — İslandiya (2018-ci il, təxminən 370 min) və Kurasao (hazırkı DÇ, təxminən 160 min). Bu komandaların hər ikisi qrupdan çıxa bilməyib.
Səudiyyə Ərəbistanı H qrupunun turnir cədvəlində dördüncü yeri tutub. Komanda üç oyuna iki xal toplayaraq turniri tərk edib. Qrupda birinci yeri İspaniya (7 xal), üçüncü yeri isə Uruqvay (2 xal) tutub.
