Kanada millisinin futbolçuları ölkələrinin qəhrəmanlarıdırlar.

Futbolinfo.az xəbər verir ki, bunu Şimali Amerika təmsilçisinin baş məşqçisi Cesse Marş DÇ-2026-nın 1/16 final mərhələsində Cənubi Afrika Respublikasına (CAR) qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis qələbəyə görə hədsiz sevincli olduqlarını bildirib:

“Futbolçularla söhbətdə həmişə danışırdıq ki, planımıza sadiq qalmalıyıq, kim olduğumuzu unutmamalı, cəsarətli və aqressiv futbol oynamalı, keyfiyyətimizi ortaya qoymalı və xarakterimizi göstərməliyik. İndi bizim futbolçular Kanada qəhrəmanlarıdırlar. Onlar bu ölkədə gələcəkdə futbol oynayacaq uşaqlar üçün nümunədirlər. Futbolçularımın göstərdiyi oyunla fəxr edirəm. Oyunçuların hər biri final fitinə qədər mübarizə apardılar və bir an belə olsun geri çəkilmədilər”.

Qeyd edək ki, CAR seçməsinə 1:0 hesabı ilə qalib gələn Kanada 1/8 finala yüksəlib.

Shares: