Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Futbolinfo.az “Sport-Express” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Mahaçqala “Dinamo”sunun maraq dairəsinə düşüb.
Mövsüm başa çatar-çatmaz “Qarabağ”dan ayrılan Şeydayev azad agentdir. Rusiya klubu hazırda forvardla danışıq aparır.
Ramil ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyun keçirib, 2 qol, 1 assistlə yadda qalıb.
Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl həmin ölkədə “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun da formasını geyinib. Futbolçu Türkiyə, Slovakiya və Tailandda da legioner həyatı yaşayıb. O, həmçinin “Sabah” və “Neftçi”də çıxış edib.
