Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının iştirakçıları bir-bir müəyyənləşir.
Futbolinfo.az xəbər verir ki, mundial üçün ölkəmizə gələcək iki komanda artıq bəllidir. Bunlar Myanma və Banqladeş yığmalarıdır.
Myanma Futbol Federasiyası artıq dünya çempionatı üçün heyət formalaşdırma mərhələsinə başlayıb. Qurum bölgələrdən istedadlı gəncləri cəlb etmək üçün skautlara tapşırıq verib. Banqladeşin gənclər və inkişaf üzrə baş məşqçisi Cerard Cons da məlumatı böyük sevinclə qarşıladıqlarını və dünya çempionatı üçün heyət quracaqlarını açıqlayıb.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabrda Azərbaycanda keçiriləcək.
