“Səbail”in sabiq baş məşqçisi Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub

Bu barədə Futbolinfo.az-a klubun mətbuat xidmətindən bildirilib.

48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” klublarında baş məşqçi vəzifəsində çalışıb.

Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.

Shares: