Formula 1 üzrə dünya çempionatında çıxış edən “Kadillak” komandasının mətbuat xidməti, 2026-cı il mövsümünün doqquzuncu mərhələsi olan Böyük Britaniya Qran-prisi üçün xüsusi livreyasını təqdim edib. Bu livreya iyulun 4-də qeyd olunacaq Amerika Birləşmiş Ştatlarının Müstəqillik Gününə həsr olunub.
Amerika komandası üçün 2026-cı il mövsümü “Kral yarışları”nda debüt ilidir. “Kadillak” 8 mərhələdən sonra bir xal belə qazanmayıb və bu göstəriciyə sahib olan yeganə komandadır. Mühəndislər Kubokunda 10-cu yerdə qərarlaşan “Aston Martin”in isə bir xalı var.
