“Futbolda inam olduğu müddətdə hər şey mümkündür”. Bunu Belçika millisinin baş məşqçisi Rudi Qarsiya Seneqal yığmasına qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.
Təcrübəli mütəssis qalib gəldikləri görüşü dəyərləndirib: “Bu komandanın gücü təkcə start heyətində deyil, həm də sonradan meydana daxil olan futbolçulardadır. Çünki uğur qazanmaq üçün təkcə 11 oyunçu kifayət etmir. İlk hissənin ortalarından etibarən lazımi düzəlişləri etdik. Həlledici ötürmələri ehtiyac olmadığı halda çox uzaq məsafədən verməyə çalışırdıq. Bu çatışmazlığı aradan qaldırdıq və rəqib ikinci qolu vursa da, oyunumuz xeyli yaxşılaşdı”.
Qeyd edək ki, Belçika Seneqal seçməsinə 3:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb. Avropalılar son dəqiqələrədək iki top fərqiylə geridə olduğu oyunu əlavə vaxta daşımağı və qələbə qolunu vurmağı bacarıb.
