Futbol üzrə dünya çempionatında növbəti 1/8 finalçı ABŞ yığması olub. Mundialın meydan sahiblərindən biri olan bu komanda Bosniya və Herseqovina millisinə qalib gələrək istəyinə çatıb.

San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər. 45-ci dəqiqədə Folarin Baloqun, 82-ci dəqiqədə isə Malik Tillman adını tabloya yazdırıblar.

Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqun 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.

Shares: