Zlatko Daliç Portuqaliya yığmasına məğlubiyyətə layiq olmadıqlarını düşünür. Dünya çempionatının 1/16 final matçında 1:2 hesabı ilə uduzan Xorvatiya seçməsinin baş məşqçisi bu barədə mətbuat konfransında deyib.
Mütəxəssis məğlubiyyətin xoş olmadığını bildirib: “Məğlub olduğumuz üçün çox üzgünəm. İkinci hissədə daha üstün tərəf biz idik və çoxlu qol imkanları yaratdıq. Oyun çox emosional keçdi. Futbolçularıma heç bir iradım yoxdur. Onlar sonadək mübarizə apardılar, əllərindən gələni etdilər, amma alınmadı. Hesabı artıraraq qələbəni təmin edə biləcəyimiz əlverişli epizodlar yaratdıq. Təəssüf ki, bundan yararlana bilmədik. Portuqaliya millisini təbrik edirəm. Belə şəkildə mübarizəni dayandırmaq çox ağırdır. Düşünürəm ki, buna layiq deyildik, çünki oyun baxımından Portuqaliya ilə başabaş mübarizə apardıq”.
Qeyd edək ki, Portuqaliya növbəti mərhələdə İspaniya ilə üz-üzə gələcək.
