“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Tovuz klubu Aleksey Kenyaykini heyətinə qatıb.
Rusiyalı qapıçı ilə 2 illik müqavilə bağlanıb. 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində “Orenburq”, “Torpedo” (Moskva), “Volqa” (Ulyanovsk) klublarının formasını geyinib.
