“Neftçi”nin 3×3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirəcək.


Futbolinfo.az xəbər verir ki, komanda Uqanda yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

Shares: