“Çelsi”nin baş məşqçisi Xabi Alonso keçmiş komandasının oyunçularını hədəfə alıb. O, Enzo Fernandes klubdan ayrılacağı təqdirdə “Real”dan əks istiqamətdə iki yarımmüdafəçinin gətirilməsini istəyir.
İspan çalışdırıcı Orelyen Çuameni və Arda Güləri Londonda görməyi arzulayır. Madrdlilərin Enzonun qarşılığında Eduardo Kamavinqa, üstəgəl pul təklifini qəbul etməyən İngiltərə klubu məşqçisinin istəyinə uyğun davranmaq niyyətindədir.
Sport.es-in məlumatına görə, baş məşqçi Joze Mourinyonun gəlişindən sonra Çuameni və Gülərin Madriddəki gələcəklərini sual altındadır. İspanlar sözügedən cütlüyü satmaq istəmir. Lakin Fernandesin transferi üçün müəyyən dəyişiklik edilməlidir.
