2026-cı ilin futbol üzrə dünya çempionatında avtoqolların sayına görə yeni rekord qeydə alınıb. Rekord Avstraliya və Misir milliləri arasında 1/16 final matçında yenilənib.
Növbəti dəfə topu öz qapısına göndərən Misir millisinin müdafiəçisi Mohamed Hani (55) olub. Bu, onun turnirdə ikinci avtoqoludur. O, daha əvvəl qrup mərhələsinin Belçika yığmasına qarşı matçında (1:1) avtoqol sahibi olub.
2026-cı ilin dünya çempionatında ümumilikdə 13 avtoqol qeydə alınıb. Əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilən turnirə aid idi, burada futbolçular öz qapılarına 12 qol vurublar.
