Futbol üzrə dünya çempionatının son iki matçının ardından ən yaxşılar müəyyənləşib.
Argentina və Kabo Verde yığmaları arasında keçirilən 1/16 final görüşündə oyunun ən yaxşı oyunçusu adı yenə cənubi amerikalılardan Lionel Messiyə verilib. Kapitan sözügedən matçda (3:2) komandasının ilk qolunu vurub.
Kolumbiya – Qana matçında (1:0) isə qaliblərin hücumçusu Luis Dias fərqləndirilib.
