Futbol üzrə dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinə start veriləcək.
İlk 1/4 finalçının adına Kanada – Mərakeş oyununda aydınlıq gələcək. Bu görüş Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Gecə saatlarında daha bir görüş baş tutacaq. Paraqvay yığması Fransanı sınağa çəkəcək. Görüş gecə yarısı saat 01:00-da başlayacaq.
DÇ-2026
1/8 final
4 iyul
21:00. Kanada – Mərakeş
5 iyul
01:00. Paraqvay – Fransa
