Yeni mövsümün çalışmalarına başlayan “İmişli”də qeyri-müəyyənliyə son qoyulur. Baş məşqçi Fərid Namazovun təyinatını açıqlayan bölgə klubu yerli oyunçu transferlərini də rellaşdırır.

Tezliklə iki oyunçunun keçidi rəsmən açıqlanacaq. “Kəpəz”dən ayrılan Fərid Nəbiyev və “Araz-Naxçıvan”la bitən müqaviləni yeniləməyən Bəxtiyar Həsənalızadə “İmişli”yə üz tutub. Onlara Naxçıvan təmsilçisinin digər sabiq üzvü Ürfan Abbasovun da qoşlumaq ehtmalı var.

Daha br neçə futbolçu ilə danışıqlar davam edir. Klub rəhbərliyi daxili bazarda işi yekunlaşdırandan sonra legionerlərin seçimi başlayacaq.

Shares: