Kanada millisi Mərakeşlə matçda çox yüksək oyun nümayiş etdirib.
Futbolinfo.az xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Məhəmməd Vəhbi DÇ-2026-nın 1/8 final mərhələsində Kanadaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis yığmanın günü-gündən irəlilədiyini söyləyib:
“Çox xoşbəxtik. Bu, dünya çempionatının oyunudur və belə qarşılaşmalar həmişə çətin keçir. Çünki hər komanda meydanda taleyi uğrunda mübarizə aparır. İkinci hissədə rəqibdən üstün mübarizə apardıq. Etiraf etməliyəm ki, Kanada çox yüksək oyun nümayiş etdirdi. Bu, bizim üçün sürpriz olmadı. Ancaq ikinci hissədə onların arxada qoyduğu boşluqlardan maksimum yararlana bildik və qələbənin əsas açarı da məhz bu oldu”.
Qeyd edək ki, Mərakeş millisi Kanadanı 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
