“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Feyha” ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Xatırladaq ki, Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək “Qarabağ”ın formasını geyinib.

Shares: