“Kəpəz” qapıçı Yusif İmanovla vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

23 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Xatırladaq ki, Y.İmanov ötən mövsüm 20 oyunda “Kəpəz”in formasını geyinib.

Yusif özü də daha öncə sosial şəbəkə hesabında Gəncə klubundan ayrıldığını açıqlamışdı.

Shares: