“Qəbələ” Eduardo Kunde ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu məlumat yayıb.
Braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi ötən mövsüm 27 oyunda meydana çıxıb.
