“Zirə”də yaxşı təcrübə qazandım. Komandada çox şey öyrəndim və inkişaf etdim. Amma düşünürəm ki, orada keçirdiyim mövsümü daha yaxşı keçirə bilərdim. Hər zaman daha çox şey edə biləcəyimi düşünürəm”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında Rüfət Abdullazadə deyib.

25 yaşlı futbolçu karyerasını İsrailin “Hapoel Kiryat Şimona” klubunda davam etdirmək qərarından da danışıb:

“Hapoel Kiryat Şimona”da oynamaq mənim üçün yaxşı fürsət idi. Klubun mənə göstərdiyi maraq və İsrail çempionatında oynamaq imkanı bu qərarı verməyimdə əsas rol oynadı. Buradakı ilk təəssüratlarım çox yaxşıdır. Komandada məni yaxşı qarşıladılar. Çempionatın səviyyəsi, oyunların tempi və mübarizəsi diqqətimi çəkdi”.

Abdullazadə yeni komandasında əsas hədəfinin uğurlu çıxış etmək olduğunu bildirib:

“Hazırda əsas məqsədim “Hapoel Kiryat Şimona”da yaxşı çıxış etməkdir. Hər oyunda özümü göstərmək və komandaya kömək etmək istəyirəm. Burada xüsusilə oyun tempi və taktiki baxımdan inkişaf edəcəyimə inanıram. Düşünürəm ki, yaxşı səviyyəli çempionatda oynamaq hər futbolçu üçün önəmlidir. Burada özümü göstərsəm, milli komandaya dəvət alacağam. Gələcəklə bağlı qərarlar isə mövsümdən sonra bəlli olacaq”.

Rüfət sonda həm şəxsi, həm də komanda hədəflərini açıqlayıb:

“Daha çox oynamaq, komandama faydalı olmaq və yaxşı performans göstərmək istəyirəm. Komanda olaraq isə uğurlu mövsüm keçirib yaxşı nəticələr qazanmağı hədəfləyirik”.

GÜNAY SÜLEYMANOVA

Shares: