Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

İddiaya görə, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı futbolçunun keçidi üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) ödəyəcək. Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran Azərbaycan futbolu tarixində satılan ən bahalı oyunçu olacaq.

Daha öncə Britaniya mediası transfer baş tutacağı halda “Seltik”in “Qarabağ”a 3,5 milyon funt sterlinq ödəyəcəyini yazmışdı.

Duranın tezliklə Şotlandiyaya yollanması və “Seltik”lə rəsmi müqaviləyə imza atacağı bildirilir.

Shares: