“Torpedo” (Gürcüstan) sabah UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Zirə”nin qonağı olacaq.
Futbolinfo.az xəbər verir ki, oyundan bir gün əvvəl Gürcüstan təmsilçisinin baş məşqçisi Dirk Şusterin mətbuat konfransı keçirilib.
Konfransada komandanın serbiyalı futbolçusu Komnen Endriç də fikirlərini bölüşüb:
“Zirə”ni təhlil etmişik. İlk məqsədimiz odur ki, top çox saxlayaq. Rəqibin yeni yeni transferlərindən də xəbərimiz var. “Zirə”ni sürpriz komanda hesab edirəm. Baş məşqçinin də dediyi kimi, “Zirə”ni favorit sayırıq. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.
Oyun sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
