Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi frirayd idman növünü 2030-cu ildə Fransa Alplarında keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına daxil edib. Yarışlar həm dağ xizəyi, həm də snoubord növləri üzrə xüsusi hazırlanmış traslardan kənarda, təbii dağ relyefində təşkil olunacaq.

Friraydda idmançılar dik yamaclar, qayalıqlar və dərin qar örtüyü ilə zəngin ərazilərdə əvvəlcədən müəyyənləşdirilmiş marşrut olmadan eniş edir, onların çıxışı sürət, texnika, nəzarət, axıcılıq və çətin elementlərin icrası əsasında qiymətləndirilir.

Olimpiadada kişilər və qadınlar arasında həm xizək, həm də snoubord növlərində ümumilikdə dörd medal dəsti uğrunda mübarizə aparılacaq.

Shares: