“Çox üzücü nəticədir. “Sabah”ın güclü olduğunu hamımız bilirdik”. Bunu futbolinfo.az saytına açıqlamasında Uelsin TNS klubunun futbolçusu EoinFarrell deyib.

O, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk turunda “Sabah”a 0:2 hesablı məğlubiyyətdən danışıb: “Biz gücümüzü göstərməyə çalışdıq. Heç-heçə bizim üçün yaxşı nəticə olardı. Qoldan sonra da bərabərliyə can atdıq. Amma olmadı. Rəqibin heyətində keyfiyyətli oyunçular var. Bunu ortaya qoyub qələbə qazandılar”.

Farrell növbəti mərhələ şansları üçün cavab görüşündə əllərindən gələni edəcəklərini bildirib: “Məğlub olmuşuq, amma evdəki oyunda ən yaxşısını etməyə çalışacağıq. Rəqib güclüdür, bununla belə, mərhələ üçün əlimizdən gələni edəcəyik”.

“Azərbaycan klubuna rəqib olduğunuzu görəndə nə düşündünüz” sualına o belə cavab verib: “Əlbəttə ki, hələ püşk atılanda bildik ki, güclü rəqiblə düşmüşük. Mən Azərbaycan futbolunu “Qarabağ”dan tanıyıram. Onlar Avropada adlarından söz etdirə biliblər. Ötən il Çempionlar Liqasında oynayırdılar. Yəni güclü rəqiblə oynayacağımızı bilirdik. “Sabah”ın həm fiziki gücü yaxşıdır, həm sürətli hücumlar qururlar”.

Shares: