“İmişli” daha bir futbolçu transferini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti paylaşım edib.
Bölgə təmsilçisi Bəxtiyar Həsənalızadəni heyətinə cəlb edib. Millimizin 29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edən Bəxtiyar Həsənalızadə son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.
