“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə 1 illik müqavilə imzalayıb. “Kəpəz”dən ayrılan oyunçu digər bölgə təmsilçisində çıxış edəcək.
Fərid karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Zizkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib.
