Son dünya çempionu Lionel Messinin dünya çempionatında yoluna davam etməsini istəyənlər olub.

Futbolinfo.az xəbər verir ki, bunu Misir yığmasının baş məşqçisi Hossam Hassan Argentinaya qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis hakim idarəçiliyini sərt tənqid edib:

“Bu oyunda nə hörmət, nə də ədalətli mübarizə gördük. Bir vəziyyətdə xeyrimizə penalti verilməli idi. Lakin həmin epizod VAR tərəfindən də yoxlanılmadı. İkinci qolumuz isə səbəbi anlaşılmayan şəkildə qeydə alınmadı. Görünür, Argentina tərəfinin hakimə göstərdiyi təzyiq bu nəticənin ortaya çıxmasına səbəb oldu.

Biz daha yaxşı komanda idik, amma futbol hər zaman ədalətli olmur. Bəlkə də, son dünya çempionu Messinin dünya çempionatında yoluna davam etməsini istəyirdilər”.

Argentina Misir seçməsinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Shares: