UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünə start verilib.

Futbolinfo.az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsi çərçivəsində 10 oyun keçirilib.

Azərbaycan çempionu “Sabah”ın Uelsin TNS komandasına qalib gəldiyi gündə bu iki klubun potensial rəqibləri də meydana çıxıblar. Finlandiya təmsilçisi “KuPS” səfərdə Şimali Makedoniyanın “Vardar” kollektivi ilə qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

Qalan oyunlar sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

7 iyul

Sabah (Azərbaycan) – TNS (Uels) 2:0
Kauno Jalgiris (Litva) – Drita (Kosovo) 1:1
Ararat (Ermənistan) – Riqa (Latviya) 2:0
Linkoln (Cəbəllüttariq) – İnter Eskaldes (Andorra) 3:1
Vardar (Şimali Makedoniya) – KuPS (Finlandiya) 0:2
Floriana (Malta) – Şemrok Rovers (İrlandiya) 2:0
Borats (Bosniya və Herseqovina) – Levski (Bolqarıstan) 1:1
Tre Fiori (San Marino) – Larne (Şimali İrlandiya) 0:1
Klaksvik (Farer adaları) – Atert Bissen (Lüksemburq) 2:1
Vikinqur (İslandiya) – Dyor ETO (Macarıstan) 1:0

Shares: