“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində TNS-lə ev oyununun statistikası açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 2:0 hesabı ilə qələbə qazandığı görüşdə daha çox qol vurmaq imkanı əldə edib. Təsadüfi deyil ki, Valdas Dambrauskasın yetirmələri “Bank Respublika Arena”da rəqib qapısına düz 14 zərbə vurublar. TNS cəmi 2 dəfə zərbə vurub ki, onun da yalnız 1-i çərçivəyə düşüb.

“Sabah”, demək olar ki, bütün göstəricilərdə rəqibini üstələyib.

“Sabah” – TNS

Qollar – 2:0

Zərbələr – 14:2

“Çərçivə”yə zərbələr – 5:1

“Çərçivə”yə düşməyən zərbələr – 6:0

Bloklanan zərbələr – 3:1

Künc zərbələri – 11:2

Oyundankənar vəziyyət – 2:0

Sarı vərəqələr – 4:2

Qırmızı vərəqə – 1:0

Cərimə zərbələri – 8:5

Shares: