Futbol üzrə dünya çempionatında İsveçrə və Kolumbiya yığmaları arasında keçirilən son 1/8 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Gözlənildiyi kimi, bu, avropalıların qapıçı Qreqor Kobel olub. Görüş ərzində komandasını bir neçə dəfə real qoldan xilas edən qolkiper penalti seriyasında da bacarığını göstərib.
Qeyd edək ki, komandası penaltilər seriyasında qələbə (4:3) qazanaraq 1/4 finala çıxıb. İsveçrənn buradakı rəqibi Argentina millisi olacaq.
